Trampdan daha bir qalmaqallı açıqlama

Trampdan daha bir qalmaqallı açıqlama

Media ilə münasibətləri heç cür qaydaya sala bilməyən Amerika prezidentliyinə namizəd Donald Tramp daha bir qalmaqala imza atıb.
 
Axar.az xəbər verir ki, Respublikaçılar Partiyasının yeganə namizədi ölkənin nüfuzlu qəzetlərindən sayılan “Vaşinqton Post”un akkreditasiyasını ləğv edib.
Tramp bu addımını qəzetin əsassız məlumatlar yazması ilə əlaqələndirib. Feysbuk hesabında məsələyə münasibət bildirən milyarder iş adamı qəzeti “yalançı” adlandırıb:
“İnanılmaz səhv xəbərçiliyə və kampaniyamıza münasibətinə görə fırıldaqçı və yalançı “Vaşinqton Post”un akkreditasiyasını ləğv etdik”.
Qeyd edək ki, sözügedən qəzet milyarderin Orlando terroru ilə bağlı açıqlamasını “Donald Tramp Prezident Obamanın Orlando hücumunda iştirakını iddia edir” başlığı ilə dərc edib.
“Vaşinqton Post” qəzetinin sözçüsü Kristin Koralli Kelli Trampın tənqidindən sonra xəbərin başlığını dəyişdirdiklərini açıqlayıb. Onun sözlərinə görə, akkreditasyanın ləğvi mətbuat azadlığına ləkədir.
Qəzet nümayəndəsi Trampın bütün qadağalarına baxmayaraq, kampaniyanı izləyəcəklərini və tərəfsiz mövqe nümayiş etdirərək tirajlayacaqlarını deyib.
Xatırladaq ki, Donald Tramp ötən ilin avqustunda xanım aparıcının suallarını bəyənmədiyi üçün Foks telekanalını boykot etmişdi.