Ucar rayonundan sonra, o5 avqust 2015-ci ildə Saatlı rayonunda da erkən nikah və məişət zorakılığıyla bağlı ictimai müzakirə keçirilmişdir
“Xebername.info” Qadın Problemlərinin Tədqiqatları Mərkəzi İctimai Birliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, o5 avqust 2015-ci ildə Saatlı rayonunda erkən nikah və məişət zorakılığıyla bağlı ictimai müzakirə keçirilmişdir. Müzakirə zamanı mövzu ilə bağlı önə çıxan məqamları Qadın Problemlərinin Tədqiqatları Mərkəzi İctimai Birliyinin Mətbuat Xidmətinə istinadən diqqətinizə çatdırırıq:
Erkən nikah və məişət zorakılığıyla bağlı
Saatlı rayonunda keçirilən ictimai müzakirəyə kişilər də qatıldı.
Qadın Problemlərinin Tədqiqatları Mərkəzi İctimai Birliyi 05 avqust 2015-ci ildə Azərbaycan Respublikasıının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirdiyi “Azərbaycanın regionlarında erkən nikah və məişət zorakılığına qarşı mübarizədə ictimai təşəbbüslərin gücləndirilməsi” layihəsi çərçivəsində Saatlı rayonunun Qara Nuru kəndində növbəti ictimai müzakirəsini keçirmişdir. Qeyd etmək istərdik ki, layihənin əsas məqsədi Azərbaycanın regionlarında qadınlar arasında erkən nikah və məişət zorakılığına qarşı hüquqi maarifləndirməni təşkil etməklə, erkən nikaha cəlb edilmə və zorakılıq hallarının və bunu yaradan səbəblərin azaldılmasına nail olmaqdır.
Saatlı rayonunun Qara Nuru kəndinin İcra Nümayəndəliyində təşkil olunan tədbirdə rayon icra hakimiyyətinin məsul işçisi, tibb işçiləri, bələdiyyə üzvləri və qulluqçuları, yerli kənd qadınları, yeniyetmə və gənclər, o cümlədən kişilər də iştirak etmişlər. Tədbiri giriş sözü ilə rayon icra hakimiyyətinin işçisi açdı, daha sonra təşkilatın rəhbəri Sevil Allahverdiyeva çıxış edərək təşkilat və layihə haqqında məlumat verərək erkən nikah və məişət zorakılığının daim təşkilatın prioroteti olduğunu qeyd etdi. S.Allahverdiyeva bildirdi ki, həm erkən nikah, həm də məişət zorakılığı Azərbaycan cəmiyyəti üçün olduqca aktualdır və bu kimi maarifləndirmə işlərinə ehtiyac vardır. Daha sonra tədbirin məruzəçisi Rafiq Təmrazov çıxış edərək məişət zorakılığı və onun təsnifatı, o cümlədən beynəlxalq qanunvericiliklə bağlı məlumat verdikdən sonra Azərbaycanda bu mövzuda aparılan islahatlardan danışdı. Eyni zamanda məruzəçi erkən nikah haqqında geniş məlumat verərək regionlarda son dövrlər qızların erkən nikaha cəlb edilməsindən danışdı və onun fəsadlarını vurğuladı.
Daha sonra tədbir iştirakçıları mövzuyla bağlı suallar verdilər və bu cür tədbirlərin kəndlərdə də keçirilməsinin zəruri olduğunu qeyd etdilər.
xebername.info