ABŞ prezidenti Barak Obama Belarus hökumətinin bir sıra üzvlərinə qarşı yürüdülən sanksiyaların müddətini uzadıb.
Prezidentin imzaladığı fərmanda deyilir ki, Belarus hökumətinin bəzi üzvlərinin hərəkətləri ABŞ-ın milli təhlükəsizliyini və xarici siyasətini təhdid edir: “Həmin şəxslər Belarusda demokratik proseslərə və institutlara zərər verir”.