Əli İnsanovdan özü haqda qərara sərt münasibət

eliinsanov-mehkeme-yeni3“Heç bir təhdid məni mübarizədən çəkindirə bilməz”

Keçmiş səhiyyə naziri Əliİnsanovun Ali Məhkəməyəkeçən ilin mayında təqdimolunmuş kassasiya şikayətinənəhayət ki, bu gün baxılıb.

Hakim İnqilab Nəsirovunsədrliyilə keçirilən məhkəməprosesində keçmiş nazirin vəkilləri Ağaveyis Şahverdi Toğrul Babayev iştirakediblər.

Müdafiəçilər kassasiya şikayətinin əsaslı olduğunu bildirərək, onun təmin edilməsiniistəyiblər. Həmçinin yada salınıb ki, Avropa Məhkəməsi öz qərarında Əli İnsanovunişində ədalətli məhkəmə araşdırması prinsipinin pozulduğunu təsdiqləyib, buna görəAzərbaycan hökuməti cərimələnib.

Lakin Ali Məhkəmə kassasiya şikayətini təmin etməyib.

Əli İnsanov Ali Məhkəmənin qərarına belə münasibət bildirib:

Heç bir məntiqə sığmayan, qanuna uyğun gəlməyən bu açıqaşkar siyasi qərarAzərbaycanda məhkəmə sistemini qanundan kənarda qoyur. Hakimiyyət özününimzaladığı beynəlxalq sənədləri götürdüyü öhdəlikləri inadkarlıqla inkar etməkləAzərbaycana dünyada etibarsız tərəfdaş imici formalaşdırır. Mən hər zaman olduğukimi, rahat nikbinəm. Heç bir siyasi, hüquqi fiziki təhdid məni mübarizədənçəkindirə bilməz. Ali Məhkəmənin bugünkü qərarını əldə edən kimi AvropaMəhkəməsinə təkrar şikayət verəcəm“.

Xatırladaq ki, Əli İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı iləhəbs olunub. Sonradan ona qarşı vəzifə səlahiyyətlərindən suiistifadə etmə,mənimsəmə s. ittihamlar irəli sürülüb. Dövlət çevrilişinə cəhdlə bağlı cinayət işininaqibəti isə naməlum qaldı.

Əli İnsanov digər ittihamlarla Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə11 il azadlıqdan məhrum edilib. Avropa Məhkəməsi 2013- ildə keçmiş nazirinşikayəti əsasında qərar çıxarıb. Qərarda göstərilib ki, Azərbaycan məhkəmələrindəkeçmiş nazirin işinə baxılarkən Avropa Konvensiyasının 6- (ədalətli məhkəməaraşdırması hüququ) maddəsi pozulub. Avropa Məhkəməsi həmçinin Əli İnsanovunmüalicəsinə normal şərait yaradılmamasını Konvensiyanın 3- (işgəncəyə,qeyriinsani rəftara məruz qalmamaq hüququ) maddəsinin pozuntusu kimiqiymətləndirib. Bu hüquq pozuntularına görə, Azərbaycan hökumətinin üzərinə Əliİnsanova 12 min avro kompensasiya ödəmək öhdəliyi qoyub.

Ali Məhkəmənin Plenumu Avropa Məhkəməsinin bu qərarı əsasında Əli İnsanovunişinə yenidən baxıb. Keçmiş nazir barədə hökmün qüvvədə saxlanılmasına dairapellyasiya kassasiya instansiyalarının qərarları ləğv olunub. İş yenidənaraşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Amma bu qurum yenə Əli İnsanov barədə əvvəlki hökmü qüvvədə saxlayıb. Ali Məhkəməyə həminqərardan şikayət verilmişdi.

Əli İnsanov 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılır.