Bu gün İstanbulda baş verən terror aktı zamanı bir azərbaycanlı həlak olub.
Xəbərnamə.info “TRT Haber”-ə` isnadan məlumat verir.
Azərbaycanın Türkiyədəki səfirliyindən verilən məlumata görə, hazırda həmin şəxsin kimliyi araşdırılır. Terror aktı zamanı Azərbaycanlılar arasında yaralıların olub-olmaması ilə bağlı Azərbaycanın İstanbuldakı səfirliyi və Baş Konsulluq tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, bu gün səhər saatlarında İstanbulun Veznecilər məhəlləsində içərisində çevik polis qüvvələrinin olduğu avtomobilə hücum edilib. Polis avtomobili park edilmiş maşının yanından keçərkən partlayış baş verib.
Terror aktı nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb. Ölənlərdən 7-si polis əməkdaşı, 4 nəfər isə mülki şəxsdir.
Hadisə nəticəsində 36 nəfər yaralanıb ki, onlardan da 3-nün vəziyyəti ağırdır.