“Antanta” üzvü olan dövlətlərin hamısı qondarma “erməni soyqırımı”nı tanıyacaq”

Sərdar Cəlaloğlu: “Çünki erməniləri Osmanlıya qarşı məhz onlar qaldırıb”загружено

“Antanta” üzvü olan dövlətlərin hamısı qondarma “erməni soyqırımı”nı tanıyacaq. Çünki onların hamısı erməniləri osmanlıya qarşı ayağa qaldırıb”.

Bunu 24saat.org-a açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu bildirib. Onun sözlərinə görə, bəzi Qərb dövlətləri ermənilərin haqsız iddialarını təsidiqləməyi özlərinin mənəvi borcu hesab edir:

“Fransa və Almaniyanın bu məsələdə canfəşanlıq göstərməsinin yeganə səbəbi “erməni soyqırımı” deyilən hadisələrə bu dövlətlərin bilavasitə səbəbkar olmasıdır. I Dünya müharibəsində Türkiyəyə qarşı düşmən mövqe tutan fransızlar erməniləri öz tərəflərinə çəkmək üçün onlara bu bölgədə erməni dövləti yaradacaqlarına söz verərək, erməniləri Osmanlı imperiyasına xəyanət etməyə sövq edib. Ermənilər isə bu xəyanətlərinə görə türk dövləti tərəfindən cəzalandırılıb, bölgədən uzaaqlaşdırılıb. Bu səbəbdən də bu gün bəzi Qərb dövlətləri, eləcə də Fransa və Almaniya ermənilərin irəli sürdükləri iddianın yalan olduğunu bilsələr də, bunu təsdiqləməyi özlərinin mənəvi borcu hesab edirlər. Baş verənlərin əsl mahiyyəti bundan ibarətdir”.