Amerikalı əfsanəvi boksçu Məhəmməd Əli 74 yaşında Arizona ştatında xəstəxanada vəfat edib. Bu haqda onun ailəsi məlumat yayıb.
Məhəmməd Əli 32 il idi Parkinson xəstəliyindən əziyyət çəkirdi. 2014-cü ildən isə səhhətindəki problemlər daha da ağırlaşmışdı.
Əsl adı Cassius Marcellus Clay Jr. olan boksçu 1964-cü ildə İslam dinini qəbul edəndən sonra Məhəmməd Əli adını götürüb və bu adla da tanınıb.