Dünən Almaniya parlamentinin qəbul etdiyi “soyqırım” qətnaməsinə səs verən şəxslərdən biri də türk əsilli deputat, Yaşıllar Partiyasının həmsədri Cem Özdemirdir.
Avropa.info xəbər verir ki, türk deputatın xəyanəti onun həmkəndlilərini özündən çıxarıb. Özdemirin Tokatın Pazatr ilçəsinin Kalederesi kəndində yaşayan həmkəndlisi, 86 yaşlı Osman Özyer Özdemirin atası ilə əsgərlik yoldaşı olduğunu bildirib. Özyer deyib ki, “deputatın qərarı onları şok edib. Türkiyə “soyqırım” etməyib. Bunun deyənlər erməni əsillidir”.
Özdəmirin atasının həmkəndlisi olan kişi onun alman deputatın anası haqda bu sözləri deyib:
“Bu adamın anasını tanımırıq. Cem Özdemir 10-12 yaşında buraya gəlmişdi. Daha sonra heç gəlmədi. Cem Özdemirin bu qətnaməyə səs verməsini qınayırıq”
Özyer deyib ki, nəinki o, bütün kənd camaatı Özdəmiri qınayır və kəndçi kimi qəbul etmək istəmir.
Qeyd edək ki, Almaniya Bundestaqında Yaşıllar Partiyası adına danışan Cem Özdemir çıxışı zamanı 1915-ci il hadisələri üçün hazırlanan erməni medalyonunu yaxasına taxmışdı.