ANS Müstəqil Yayım və Media Şirkətində yeni təyinat olub. Şirkət prezidentinin media üzrə müşaviri Mais Məmmədov “Report”a açıqlamasında məlumatı təsdiqləyib. O deyib ki, ANS TV-nin baş redaktoru vəzifəsinə şirkətin keçmiş əməkdaşı Fidan Quliyeva təyin edilib. M.Məmmədovun sözlərinə görə, Fidan Quliyeva dünəndən vəzifəsinin icrasına başlayıb. “Çox şadıq ki, Fidan yenidən ANS-ə qayıdıb” – deyə, Mais Məmmədov əlavə edib. Qeyd edək ki, ANS TV-nin bundan əvvəlki baş redaktoru Mir Şahin Ağayev olub. O, baş redaktor vəzifəsindən azad edildikdən sonra bu vəzifə boş idi. Xatırladaq ki, uzun müddət ANS TV-də yayımlanan “İç xəbər” verilişində aparıcı kimi fəaliyyət göstərən F.Quliyeva televiziyadan ayrılaraq “Palmali” şirkətlər qrupunun İctimaiyyətlə əlaqəlar şöbəsinin müdiri vəzifəsində çalışıb. Report.az
Related Posts
“Azərbaycanda sosial şəbəkəni bağlaya bilərlər” – Açıqlama
- admin
- 02/10/2018
- 0
“Onlayn media onsuz da “KİV haqqında” qanunla tənzimlənir. Sosial şəbəkəni tənzimləyən qanunvericilik iki il öncə […]
Nardaran Ağsaqqallar Şurasının sədrinə hökm oxundu
- admin
- 11/05/2017
- 0
Natiq Kərimov və İnqilab Əhədovun barəsindəki məhkəmə prosesi yekunlaşdı Mayın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində […]
Ermənistanın yeni prezidenti aylıq maaşından imtina edib
- admin
- 16/04/2018
- 0
Armen Sarkisyan məvacibinin ehtiyacı olan insanlara yönləndirilməsini istəyir Ermənistan prezidenti aylıq maaşından imtina edib. O, […]