Almaniyadan Ermənistana tərs şillə Almaniya Federal Məclisində “1915-1916-ci illərdə ermənilərin və digər xristian azlıqların soyqırıma məruz qalmasını xatırlama və anma” başlıqlı qanun layihəsinin müzakirəsinə 1 gün qalmış mühüm hadisə baş verib. Xəbərnamə.info axar.az-a istinadən bildirir ki, Almaniya kansleri Angela Merkel, Xarici İşlər naziri Frank-Valter Ştaynmayer və kanslerin birinci müavini, Sosial Demokrat Partiyasının sədri Siqmar Qabriel müzakirələrdə iştirakdan imtina ediblər. Almaniya mediasında yayılan məlumata görə, Merkel sabah paytaxt Berlində təhsillə bağlı keçiriləcək bir tədbirə qatılacaq. Xarici İşlər naziri Frank-Valter Ştaynmayer isə uzun müddətdir planlaşdırılan Latın Amerikası səfərinə çıxacaq. SPD sədri Siqmar Qabrile də Alman İnşaat Sənayesi Günü ilə bağlı bir tədbirə qatılacaq. Bununla da Almaniya hökumətində yer alan 3 əsas şəxs qanun layihəsinin müzakirəsində iştirak etməyəcək.
Related Posts
Qadını öldürüb kimyəvi turşuda əritmək istədilər
- admin
- 11/08/2015
- 0
Fransanın Tuluza şəhərində üç ali riyaziyyat tələbəsi, bir qadını öldürdükdən sonra “Breaking Bad” adlı televiziya serialındakı […]
Rza Zərrab ABŞ-da həbs olunub
- admin
- 21/03/2016
- 0
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, Rıza Zərrab amerikalı prokurorlar bazar ertəsi günü verdikləri […]
Ankarada terror
- admin
- 17/02/2016
- 0
Ankarada axşam saatlarında terror ha disəsi baş verib. Terror,hərbi qurumlar yerləşən paytaxtın mərkəzi yerlərindən birində bomba ilə […]