Zakir Fərəcov büdcə hesabına görülən abadlıq işlərinə görə sahibkarlardan “haqq” yığdırır

Zakir Fərəcov büdcə hesabına görülən abadlıq işlərinə görə sahibkarlardan “haqq” yığdırırзагружено (4)

Sumqayıtın icra başçısı Zakir Fərəcov şəhəri sahibkarlarının hesabına abadlışdırmaq istəyir. Baxmayaraq ki, bu yaxınlarda Sumqayıtın abadlıq işlərinə 9 milyon manat pul ayrılıb. Zakir Fərəcov həmin vəsaitin bir hissəsini qaranlıq məqsədlərə xərcləyərək görülən işlərin yarısını sahibkarların boynuna qoyub. Bu sırada əsas yük təbii ki, sahibkarların üzərinə düşür. Lakin bəzi hallarda sahibkarlar Zakir Fərəcovun bu qanunsuz əməli ilə barışmır. İcra başçısı da inzibati üsullarla ona etiraz edənləri cəzalandırır. Məsələn, konkret olaraq Sumqayıt şəhər sakini, “Xəzərin sahilində” restoranının sahibi Rafiq İsmayılov Zakir Fərəcovun qəzəbinə gəlib. Bu barədə infoAZ.org-a daxil olan məlumatlarda bildirilir ki, Zakir Fərəcov zamanında Sumqayıt şəhərinin bələdiyyə sədri olarkən verdiyi sərəncamlara qarşı çıxmağa başlayıb. Elə sahibkar Rafiq İsmayılova da Zakir Fərəcov o dövrdə şəhərin Dənizkənarı Parkında restoran inşa etdirmək üçün icazə verib. Lakin indi isə şəhərin icra başçısı olan Zakir Fərəcov bələdiyyə sədri olduğu vaxt “buraxdığı səhfləri”ni düzəltməyə çalışır. Məlumatlara görə, “Xəzərin sahilində” restoranının sökülməsinə artıq göstəriş verilib və yaxın bir neçə gün ərzində obyektin yerlə-yeksan ediləcəyi gözlənilir. Amma obyekt sahibi Rafiq İsmayılov isə icra başçısı Zakir Fərəcovun qanunsuzluqlarına qarşı hərəkətə keçib. Sahibkar artıq məsələ ilə bağlı Prezident İlham Əliyevə müraciət ünvanlayıb. Məlumatlarda hətta o da bildirilir ki, sahibkarın restoranı söküləcəyi təqdirdə icra hakimiyyəti nümayəndələrilə obyektə çalışan 20 nəfər arasında qarşıdurma olacağı istisna edilmir.