Universitetin 75 əməkdaşı rüşvətə görə həbs edildi

Türkiyənin Akdəniz Universitetində keçirilən antikorrupsiya əməliyyatı nəticəsində ali təhsil müəssisəsinin 75 əməkdaşı həbs edilib. Tutulanlardan 20-si qadındır.akdeniz-universiteti

Universitetdə 2013-cü ildə rüşvətxorluğa görə cinayət işi başlanıb. Həbs edilənlər cəmiyyətə 3 milyon türk lirəsi (1,5 milyon manat) maddi ziyan vurmaqda şübhəli bilinirlər.

Akdəniz Universitetinin rektorluğu həbsləri təsdiləyən açıqlama yayıb: “Mayın 31-də Antalya Təhlükəsizlik İdarəsi bəzi əməkdaşlarımızın yaşadıqları evlərdə axtarış aparıb. Onları ifadələrini almaq üçün Təhlükəsizlik İdarəsinə aparıblar. Rektorluğumuz məsələni yaxından izləyir” (report.az).