Moskva məhkəməsi yol qaydalarını pozmaqda təqsirləndirilən Lukoil neft şirkətinin vitse-prezidentinin oğluna 15 sutkalıq həbs cəzası verib.
Məhkəmə müttəhimi polisin tələblərinə tabe olmamaqda təqsirkar bilib.
Şamsuarov sənədləri təqdim etmək və avtomobilə baxış keçirmək tələbinə tabe olmadığı barədə ittihamları rədd edib.
Bundan əvvəl Ruslan Şamsuarova qarşı qaldırılmış cinayət işinə xitam verilib. Dinləmələrin gedişatında prokurorluq “xuliqanlıq”la bağlı ittiham maddəsinin ləğv olunduğunu bildirib.
Çərşənbə günü internetdə Mercedes Gelandewagen avtomobilinin polis tərəfindən təqib edilməsi barədə video yayımlanıb.
Daha sonra Rusiyanın RENTV kanalı yol qaydalarını pozaraq gizlənməyə çalışan avtomobilin Lukoil şirkətinin vitse-prezidentinin oğluna məxsus olduğunu bildirib.
Hadisədən sonra Ruslan Şamsuarov Facebook səhifəsində polislərə üzrxahlığını bildirib.
Mercedes Gelandewagen-in sükanı arxasında olan Abdulvaxob Macidov iki ay müddətinə sürücü vəsiqəsindən məhrum edilib. Ona həmçinin 200 saatlıq ictimai iş cəzası verilib.