Bu gün Azərbaycan Xalq Cumhuriyyətinin yaranma ildönümü qeyd edilir.
1918-ci ildə qurulan şərqin ilk demokratik respublikasının 98 yaşı tamam olur. Bu münasibətlə ölkənin müxtəlif yerlərində tədbirlər, aksiyalar keçirilir, cumhuriyyətin qurucuları anılır. Belə aksiyalardan biri də “Gənclik Mall” ticarət mərkəzindəki geyim mağazasında təşkil olunub.
Amma bu tədbir sözün əsl mənasında biabırçılıqla nəticəlinib. Belə ki, mağazada uşaqlara mühtərilərə, xüsusən də uşaqlara Böyük Britaniyanın bayraqları, şafrlar paylanıb, mağazanın girişi Britaniya bayrağını əks etdirən şarlarla bəzədilib.
Maraqlıdı ki, Azərbaycanın müstəqilliyi ilə bağlı bayrama Böyük Britaniya bayrağının nə dəxli var? Görəsən burda çalışan azərbaycanlılar, aksiyanın təşkilatçıları bu qərarı verərkən hansı düşüncədə olub?