“Freedom House” beynəlxalq insan haqları təşkilatı araşdırmaçı jurnalist Xədicə İsmayılın həbsdən buraxılmasına münasibət bildirib. Təşkilatın prezidenti Mark Laqon bəyan edib ki, Xədicə İsmayılın azad edilməsi və ailəsinə qovuşmasından məmnundurlar. Lakin jurnalistə qarşı bütün ittihamlar ləğv edilməlidir. “Azərbaycan hökuməti beynəlxalq öhdəliklərinə hörmət etməyi həqiqətən də özünə borc bilirsə, digər çoxsaylı siyasi məhbusları, o cümlədən jurnalist Seymur Həzini, bloqçu İlkin Rüstəmzadəni və siyasi fəal İlqar Məmmədovu dərhal azad etməlidir”, – deyə bəyanatda vurğulanır.
Related Posts
Necə etməli? Əli Kərimlidən mükəmməl konspekt
- admin
- 30/04/2016
- 0
AXCP sədri Əli Kərimli Ermənistanın Azərbaycana qarşı son təxribatlarının mümkün məqsədləri və onlara necə qarşılıq […]
The Diplomat: «İlham Əliyevin fərqli fikirli adamlara dözümü yoxdur – nə siyasətdə, nə də media sahəsində…»
- admin
- 14/07/2015
- 0
«The Diplomat»: «İlham Əliyevin fərqli fikirli adamlara dözümü yoxdur – nə siyasətdə, nə də media […]