Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Barak Obama, Misir prezidenti Abdulfəttah əs-Sisiyə göndərdiyi məktubda, iki ölkənin ortaq maraqlarına istiqamətli təhdidlər qarşısında Misir ilə əlaqələri gücləndirmənin əhəmiyyətli olduğunu ifadə etdi.
Misir Prezident sözçüsü Ala Yusuf, etdiyi yazılı açıqlamaya görə, ABŞ prezidenti Barak Obama, xarici işlər naziri John Kerry ilə Misir prezidenti Abdufettah es-Sisiyə bir məktub göndərərək, iki ölkənin ortaq maraqlarına istiqamətli təhdidlər qarşısında Misir ilə əlaqələri gücləndirmənin əhəmiyyətini vurğulayıb.
Obama ölkəsinin Misirdə və bölgədə sabitlik ilə müvəffəqiyyətin reallaşmasına köməyi təmin etməyə hazır olduğunu ifadə edərək, “ABŞ-Misir Strateji danışıqlarının, iki ölkə arasında əlaqələri bütün sahələrdə dərinləştirməsini və Misirin axtardığı əhatəli inkişafı üçün kömək etməsini ümid edirəm” ifadəsini nəzərə çatdırdı.
Bu vaxt Misir prezidenti Sisinin də ABŞ prezidenti Obamanın məktubunu təqdirlə qarşıladığı və Misirin, iki ölkənin ortaq mənafeləri istiqamətində ABŞ ilə olan strateji əlaqələrini inkişaf etdirməyə maraqlı olduğunun bildirdiyi qeyd edildi.
Mətləb BALAKİŞİYEV