“Əfqanıstanda Azərbaycana məxsus təyyarənin qəzaya uğramasının təfərrüatlarını araşdırırıq”. Bunu ans-ə Azərbaycanın Türkmənistandakı, eyni zamanda Əfqanıstanda da akkreditasiyadan keçən səfirliyindən bildiriblər. “Biz hazırda Türkmənistanda olan Əfqanıstan səfirliyi ilə əlaqə saxlamışıq, onlar da bu məsələ ilə maraqlanırlar. Yaxın zamanda məlumat veriləcək”.
Eyni zamanda “Silk Way” şirkətinin rəhbərliyi məsələ ilə bağlı açıqlama verməkdən imtina edərək bu barədə yalnız mətbuat katibi Paşa Kəsəmənskinin danışa biləcəyini vurğuladı.
“Facebook” sosial şəbəkəsində isə artıq həlak olanların yaxınları və dostları statuslar paylaşırlar, fotolar dərc edirlər.