Rusiya Türkiyə vətəndaşlarına qarşı sanksiyanı yumşaltdı

kremlRusiyanın baş naziri Dmitri Medvedev Türkiyə vətəndaşları ilə bağlı qərar imzalayıb. Qərara əsasən, bundan sonra Rusiyanın bir neçə bankı Türkiyə vətəndaşlarını işə qəbul edə biləcək. Bunlar “Ziraat Bank”, “Yapı Kredi Moskva”, “İş Bank”, “Garanti Bank – Moscow”, “Prokommertsbank” və “Credit Europe Bank”dır.

Qeyd edək ki, bu banklarda Türkiyə vətəndaşlarının işləməsi qadağan edilmişdi.