Litvienko ailəsindən rəsmi Moskvaya qarşı böyük ittiham.
ANS PRESS-in məlumatına görə, bu söləri məsələ ilə əlaqədar Londonda ictimai dinləmələr zamanı Litvinenko ailəsinin vəkili deyib.
Ben Emmersonun sözlərinə görə, Rusiya dövlətinin qətldə məsuliyyəti “sübut olunub”. Emmerson iddia edir ki, Kreml Litvinenkonu öldürmək istəyirdi və bunun üçün vasitələr ayırmışdı. O əlavə edib ki, elmi ekspertiza mərhumu keçmiş agentlər (qətli törətməkdə şübhəli bilinən) Dmitri Kovt və Andrey Luqovoyun öldürdüyünü təsdiqləyib.
Vəkil siyasi replikalarından da qalmayaraq qərəzli sözlər də deyib. O bildirib ki, Putin təcrid olunmuş cılız despota və psixi pozuntuları olan şöhrətbaza çevrilməkdədir.
Dinləmələrdən sonra mərhumun yoldaşı Marina Litvinenko da Rusiya prezidentinin adını çəkməkdən çəkinməyib.