30 azərbaycanlı PKK tərəfindən saxlanıldı

скачанные файлыQars-Ərzurum-İqdır yolunda saxlanılan avtobusda müalicəyə gedən azərbaycanlılar da olub.

Ötən gecə PKK terrorçularının Türkiyədə Qars-Ərzurum-İqdır magistral yolunu bağlayaraq girov götürdüyü 70 nəfər arasında azərbaycanalılar da var. Bu barədə məlumatı ANS PRESS-ə Türkiyədə təhsil alan Sənan Musayev adlı tələbə verib. Onun sözlərinə görə, 70 nəfər arasında 30-a yaxın azərbaycanlı olub.

“Avtobusda olanlar Ərzuruma müalicə məqsədi ilə gediblər. Avtobusda olanlar arasında mənim qardaşım Müzəffər də var. PKK üzvləri onların əlindən sənədləri və pulları alandan sonra buraxıblar. Hazırda sənədsiz qalan şəxslər Azərbaycan tərəfə keçə bilmirlər”.

ANS PRESS-in “İHA”ya istinadən verdiyi məlumata görə, 70 girovu 2 saat sonra azadlığa buraxan terrorçular Kağızman bələdiyyəsinə aid avtobusu və 3 TIR-ı od vuraraq yandırıblar. Polis və jandarm qüvvələri bölgədə təhlükəsizlik tədbirlərini gücləndiriblər.

xebername.info