Milli Şura mayın 30-da Bakının Yasamal rayonundakı “Məhsul” stadionunda “Xilas olaq!” şüarı altında mitinq keçirib.
Aksiya öncəsi təşkilatçılar tərəfindən təxribat kimi qiymətləndirilən bəzi olaylar baş verib. Belə ki, Milli Şuranın öncəki aksiyalarında tribunanın önündə asılan “Talana Son” plakatı polis tərəfindən cırılıb. Ona görə budəfəki aksiyada tribunanın önündən “Siyasi Məhbuslara Azadlıq” plakatı asılıb.
Aksiya saat 15.00-dan 17.00-dək davam edib.