Prezident Petro Poroşenko Camalaya “Ukraynanın xalq artisti” adı verib.

Prezident Petro Poroşenko “Eurovision-2016” musiqi müsabiqəsinin qalibi Camalaya “Ukraynanın xalq artisti” adı verib. APA-nın xəbərinə görə, bu barədə Ukrayna dövlət başçısının mətbuat katibi Svyatoslav Tseqolko özünün “Tvitter” səhifəsində yazıb.

Bundan əvvəl P. Poroşenko Camalanı “Eurovision-2016” mahnı müsabiqəsində qalib gəlməsi münasibəti ilə təbrik etmişdi. “Möhtəşəm çıxış və qələbə! Camala, bütün Ukrayna  sənə ürəkdən minnətdarlığını bildirir!”, -deyə Poroşenko səhifəsində paylaşıb.

Qeyd edək ki, Ukrayna təmsilçisi xalla “Eurovision 2016” mahnı müsabiqənin qalibi olub.