Dünyanın ən böyük təyyarəsi – Ukraynanın An-225 “Mriya” (“Arzu”) ilk dəfə Avropadan Avstraliyaya uçub
Modern.az xarici mediaya istinadən bildirir ki, Avstraliyanın qərbindəki Perte şəhərində təyyarənin enişini 20 minə yaxın adam izləyib.
Regiona xüsusi olaraq hava gəmisi vurğunu kimi gələnləri çoxu avtomobillərdə gecələyiblər. Bu nadir hadisəni izləmək üçün tələsənlərin səbəbindən yollarda tıxac yaranıb. Təyyarə enəndən sonra pilot kütlənin gözü qarşısında kabinədən Ukrayna bayrağını sallayıb. Təyyarə vurğunlarından biri isə bəyan edib ki, bu Ukraynanın Rusiyadan müstəqilliyi uğrunda apardığı mübarizədə siyasi bəyanatdır. An-225 Pertedə gələn həftənin ikinci gününə kimi qalacaq, mayın 17-də Almaniyaya uçacaq. Təyyarənin Praqadan avstraliyalı sifarişçilərə 117 ton generator gətirib. “Mriya” Çexiyanın paytaxtından mayın 11-də havaya qalxıb. Yol boyu üç aralıq enişi edib – Türkmənbaşı, Heydərabad və Cakartada.
Bu hava gəmisi hər 4 min kilometrdən bir yanacaqla təmin edilməlidir. Təyyarə SSRİ vaxtında layihələşdirilib və 1980-ci ilərdə Kiyev mexanika zavodunda quraşdırılıb. İlk uçuş 1988-ci ilin dekabrında həyata keçirilib. Təyyarənin uzunluğu 84, hündürlüyü 18,1 metrdir. Maksimum yük götürmə imkanı 640 tondur.