Hindistan və Banqladeş arasında əldə olunan razılaşma çərçivəsində, iki ölkə arasında torpaq mübadiləsi əməliyyatlarına başlandı. Hindistana bağlı 111 yaşayış bölgəsinin Bangladeşə, Bangladeşə bağlı 51 bölgənin də, Hindistana verilməsi planlaşdırılır.
Razılaşmanın daxilində yer alan bölgələrdəki mühacirlər hansı ölkəyə bağlı qalmaq istədikləri seçimində azad olacaqları ifadə edilir, bu bölgələrdə yaşayanlar, dilədikləri hər şey olduqları bölgədə yaşamağa davam edə biləcək və ya 4 min kilometrlik sərhəd boyunca başqa bir bölgəyə də yerləşə bilərlər. Bölgədə yaşayan 50 mindən çox adamın 1947-ci ildən bəri məhrum olduqları təhsil və səhiyyə xidmətləri kimi təməl vətəndaşlıq hüquqlarına da, qovuşacaqları açıqlandı. İki ölkə arasında iyun ayında imzalanan müqavilə, qısa bir müddət əvvəl 1974-ci ildə əldə olunan torpaq mübadiləsi razılaşması çərçivəsində Hindistan parlamentində təsdiqlənmişdi.
Mətləb BALAKİŞİYEV