Ukrayna qalib gəldikdən sonra, Rusiya nəticələrə “yenidən baxmaq” çağırışı edib.

İsveç paytaxtı Stokholm şəhərində keçirilən Eurovision- 2016 mahnı müsabiqəsində Ukrayna qalib gəldikdən sonra, Rusiya nəticələrə “yenidən baxmaq” çağırışı edib.

Ukraynalı ifaçı Camala Stalinin hakimiyyəti dövründə krım tatarlarının deportasiyasına həsr edilmiş “1944” adlı mahnı ilə 534 bal toplayıb.

Avstraliya 511 balla ikinci, Rusiya isə 491 balla üçüncü yerdə qərarlaşıb.

Azərbaycanı yarışmada təmsil edən Səmra finalda Miracle mahnısı ilə çıxış edib.

Onun mahnısı 117 balla 17-ci yeri tutub.

Camala bu müsabiqədə iştirak edən ilk krım tatarıdır və onun ifa etdiyi mahnı müsabiqəni “siyasiləşdirməkdə” ittiham edilirdi.

Rusiyanın Komsomolski Pravda qəzeti Eurovision təşkilatçılarını Cəmalənin oxuduğu mahnının sözlərinə baxmağa çağırıb.

Deputat Elena Drapeko isə bildirib ki, Rusiya “informasiya müharibəsi”nə görə uduzub.

Lakin Ukrayna prezident Petro Poroşenko Cəmalənin ifasını “əsrarəngiz” adlandırıb.

İsveç paytaxtında keçirilən müsabiqə sayca 61-ci olub.

Hazırkı mahnı yarışması 2011-ci ildən bəri ən çox iştirakçının qatıldığı müsabiqədir.əm