Xəbərnamə.info-ın Türkiyə KİV-nə istinadən xəbərinə görə, nikahın bağlanacağı ərazidəki bütün yollar dünən axşamdan bağlanılıb, polis çox güclü təhlükəsizlik tədbirləri görüb.
Vətəndaşların hətta mərasimə dəvət olunanları görmələrinin belə qarşısı alınıb. Nikah mərasiminin keçiriləcəyi mərkəzə gələn yolların kənarına çəkilən baryerlərin üzərindən səhər saatlarında görünməyən örtük də çəkilib. Ərazidə olan bütün avtomobillər ciddi yoxlanılır. Mərasimin keçiriləcəyi mərkəzin qarşısında 6 min dəvətli üçün giriş çadırı qurulub.