Avropa Şurası Nazirlər Komitəsi Azərbaycan hakimiyyətinin qarşısında İlqar Məmmədovun dərhal azad olunması məsələsini qaldırıb, AŞ hüquqşünası Strasburqda jurnalistlərə deyib
Bu istiqamətdə Baş Katiblik, Komitə, Venesiya Komitəsi və digər təşkilatlarımız birgə səylərini səfərbər ediblər”, – Avropa İnsan Haqları Məhkəməsi qərarlarının icrası departamentinin hüquqşünası Mamuka Lonquraşvili deyib.
Cənab Lonquraşvili deyir ki, əgər İlqar Məmmədovun azadlığa çıxarılması ilə bağlı Avropa Məhkəməsinin qərarı yerinə yetirilməsə, “biz təklif edirik ki, üzv ölkələr ikitərəfli görüşlərdə bu məsələni qaldırsınlar”.
“Sanksiyalardan biri kimi qərarın icrasını yerinə yetirməyən ölkədə əhəmiyyətli siyasi tədbirlərin keçirilməməsi və yaxud oraya yüksək çinli siyasilər səfərlərinin təxirə salınması təklif olunur”, hüququşünas deyir.
O deyir ki, Avropa Şurasına üzv olan ölkələr öhdəliklər götürürlər və hər zaman buna sadiq olmalıdırlar.
Öhdəliklər yerinə yetirilməyəcəyi təqdirdə 8-ci maddəyə uyğun olaraq ölkənin Avropa Şurasından çıxarılması həyata keçirilir.
Amma indiyədək bu maddə heç bir ölkəyə təqtbiq olunmayıb.
Avropa Şurasının baş katibi Throbjorn Jagland ötən ilin dekabrında Avropa İnsan Haqları Konvensiyasının 52-ci maddəsinə uyğun olaraq Azərbaycana təmsilçilər göndərəcəyini, rəsmilərdən insan haqları konvensiyasının icrası ilə bağlı izahat istəyəcəyini bildirib.
52-ci maddə üzrə araşdırmalar nadir hallarda aparılır və bu baş tutarsa, Azərbaycanla bağlı ilk məsələ olacaq.