«Korrupsiyaya və İnhisarçılığa Qarşı Mübarizə» İctimai Birliyinin sədri Allahverdiyev Elşən gömrük sistemində baş verən monopoliya və korrupsiyadan danışdı.

Təhlükəsizlik orqanlarında olan kimi Gömrük sistemində də “təmizləmə” əməliyyatına çoxdan ehtiyac yaranmışdır

AzərbaElsen_Allahverdiyev_2ycanda son illər gömrük sisteminin hansı durumda olması ictimaiyyətə məlumdur. Rüsumların yüksək olması əgər idxal edilən məhsulların qiymətinin bir neçə dəfə qalxmasına rəvac verirsə, subyektiv olaraq yaradılan əngəllər və korrupsiya halları vəziyyəti daha dözülməz edir. Qonşu Gürcüstan və ya İran dövləti ilə müqayisədə gömrük rüsumlarının qiymətlərinin yüksək olması əhalinin alıcılq qabiliyyətini aşağı salır və digər tərəfdən keyfiyyətsiz və ucuz məhsulların ölkəyə gətirilməsinə yardımçı olur.

Lakin, problemin digər və ağrılı tərəfi gömrük sistemində yaranmış korrupsiya və monopoliya böhranıdır. Bu həm də gömrük sistemində qeyri-peşəkarlığa da şərait yaradır. Yaxın illərdə iki dəfə Gürcüstan gömrükçüləri tərəfindən Azərbaycandan keçmiş narkotikanın aşkarlanması dediyimizə sübutdur. 2014-cü ilin avqust ayında İrandan gətirilmiş və Astara keçid məntəqəsindən və Qırmızı körpüdən keçmiş, nəhayət Gürcüstanda yaxalanmış üç ton heroinə görə 4 nəfər gömrük məmuru işdən azad edilmişdi. Be əslində ciddi nəzarətin olmamasının göstəricisidir.

Bu günkü dövrdə isə vəziyyət tamamilə başqa cürdür. Ölkədə iki dəfə devalvasiya olmuş, dünya bazarında neftin qiyməti enmiş və nəticədə Azərbaycan hökuməti bir sıra islahatlar keçirməklə bahalaşmanın qarşısını almaq istəyir. İstehsal potensialımızın aşağı olmasına görə gömrüyün normal fəaliyyəti burada çox vacibdir.  Lakin islahatlara cəhdetmə onu göstərdi ki, gömrük sistemində korrupsiya şəbəkəsi olduqca güclüdür və qəbul edilən qərarların işləməsi hiss edilmədi. Digər tərəfdən broker şirkətlərinin Gömrük orqanlarında ciddi nüfuza sahib olması və prosesə nəzarət etməsi də mövcud problemlərdəndir və bu mövzuda son dövrlər mətbuatda xeyli məlumatlar gedir.

Eyni zamanda gömrük sistemində olan özbaşınalıq biznes mühitinə də təsir edir. Belə ki, xarici ölkələrdən gətirilən məhsullara tətbiq edilən əlavə ödənişlər biznesin inkişafını əngəlləyir və insanlar bu sferadan çəkinmək istəyirlər.  Nəticədə gətirilən məhsulun dəyəri artır və bu da onun satışına ciddi təsir edir. Çünki, onsuz da ölkədə əhalinin alıcılıq qabiliyyəti aşağıdır və bundan sonra həmin məhsulların istehlak edilməsi hamının potensialına mütənasib olmur.

Deyilən fikirlərdən bu qənaətə gəlmək olar ki, gömrük sistemində çox ciddi islahatlar aparılmalı və yeni kadrlardan ibarət struktur formalaşdırılmalıdır. Islahatların həyata keçirlməsinə mane olan əsas səbəb də məhz şəbəkələşmiş və korrupsiyaya bulaşmış məmur şəbəkəsidir. Təhlükəsizlik orqanlarında olan kimi burada da “təmizləmə” əməliyyatına çoxdan ehtiyac vardır.