Azərbaycanda 22 yaşlı ananın başı kəsildi

P1Kv04dTGYerQadının başını boşandığı əri 1 yaşlı qızının gözü önündə kəsib.

Xebername.info ANS PRESS-ə istinadən xəbər verir ki, Azərbaycanda ər gənc arvadının başını kəsib. Hadisə iyulun 30-da gecə saat 22 radələrində Kürdəmirdə kişi öz arvadının başını kəsib. Hadisə rayonun Sığırlı kəndində qeydə alınıb.

Kürdəmir Rayon Prokuruluğundan ANS PRESS-ə verilən məlumata görə, Sığırlı kənd sakini Elmar Poladxan oğlu Rüstəmov 3 ay avvəl rəsmi şəkildə boşandığı 1993-cü il təvəllüdlü Gülər Ramiz qızı Mütəllimovanın başını kəsib. Hadisə onların 1 yaşlı qızının gözü qarşında olub.

Keçmiş yoldaşının başını kəsən Elmar dərhal hadisə yerindən qaçıb.

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat – axtarış tədbirləri nəticəsində qətli törədən şəxs tutularaq istintaq orqanlarına təhvil verilib.

Prokurorluqdan onu alavə etdilər ki, ilkin dindirilmə zamanı qətli törədən şəxs keçmiş həyat yoldaşının başını qısqanclığa görə kəsib. Belə ki, Elmar Gülərin adı istintaqa məlum olmayan bir şəxslə görüşdüyünü eşidib və qısqanaraq onun başını kəsib.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda “Cinayət Məcəlləsi”-nin qəsdən adam öldürmə maddəsi üzrə cinayət işi açılıb, araşdırma aparılır.

xebername.info