Bu gün Bakıda azyaşlının ölümü ilə nəticələnən dəhşətli hadisə baş verib. Saat 07 radələrində Qara Qarayev prosektində binanın qarşısında 3-4 yaşlı oğlan uşağının meyiti tapılıb. Hadisə yerinə xeyli insan yığılsa da, uşağın valideynləri tapılmayıb. Saat 09 radələrində yuxudan ayılan valideynlər uşağın eyvandan yıxılaraq öldüyünü görüblər. İlkin araşdırma zamanı bədbəxt hadisə nəticəsində ölən uşağın 2013-cü il təvəllüdlü Vəliyev İsa Rüstəm oğlu olması müəyyən edilib. Məlum olub ki, səhər yuxudan duran uşaq nənənin bazara getməsi ilə nəzarətsiz qalıb və eyvana çıxıb. Valideynləri hələ də yuxuda olduğundan uşağın başına gələndən xeyli sonra xəbər tutub.
Related Posts
Kənd sakinləri: ”Qaz balonunu alışdırdılar, açılış etdilər, sonra da yığışdırıb getdilər”
- admin
- 19/03/2018
- 0
Birinci Şahsevənə mavi yanacaq verildiyi deyilsə də, kənd sakinləri bayram xörəklərini yenə ocaqda bişirir “Gətirib […]
TQDK-nın sabiq sədri:“İmtahanlarda test sualları düzgün tərtib olunmayıb”
- admin
- 15/05/2017
- 0
“İmtahanlarda 700 bal toplayanların sayının ildən ilə çoxalmasının səbəbi heç də təhsilimizin səviyyəsinin yüksəlməsi ilə […]
Ştaynmayer Almaniyanın prezidenti seçildi.
- admin
- 12/02/2017
- 0
Almaniya Federal məclisində ölkənin növbəti prezidentinin seçkisi başa çatıb. Keçmiş xarixi işlər naziri Frank-Valter Ştaynmayer Almaniyanın […]