REAL Hərəkatının həbsdə olan sədri İlqar Məmmədovun 90 saylı Ağdaş seçki dairəsi üzrə namizədliyinin ilkin qeydiyyatının ləğvi ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinə verdiyi şikayətə mayın 12-də baxılacaq.
Bu barədə REAL-ın icra katibi Natiq Cəfərli məlumat verib O deyib ki, məhkəmə sabah saat 12:00-a təyin olunub.
“Bu gün məhkəmədən zəng etdilər şikayətə baxışın 12 May saat 12:00-a təyin edildiyini söylədilər. İlqar Məmmədovun səlahiyyətli nümayəndəsi kimi mən məhkəmədən İlqar bəyin də iştirakının təmin edilməsini tələb etmişəm. İlqar bəy hələ də Şəkidə saxlanılır, Bakıya gətirilməsi yubadılır.