Beynəlxalq Hüquqçular Komissiyası tanınmış vəkil Müzəffər Baxışova dəstək bəyənatı verib

muzeffer baxisBeynəlxalq Hüquqçular Komissiyası tanınmış vəkil Müzəffər Baxışova dəstək bəyənatı verib. Bəyanatda deyilir:

“Nərimanov məhkəməsinin vəkil Müzəffər Baxışov haqqında Vəkillər Kollegiyasının üzvlüyündən çıxarılması ilə bağlı verdiyi qərar bizi son dərəcədə narahat etdi. Biz Azərbaycan hakimiyyətini beynəlxalq hüquq normalarına uyğun olaraq vəkillərin hüquqlarına fəaliyyət azadlığına hörmət etməyə çağırırıq.

Təəssüflə qeyd edirik ki, Müzəffər Baxışovun kollegiya üzvlüyündən azad edilməsi vəkillər kollegiyasının təqdimatı ilə olub və bu onun Azərbaycanda mövcud olan hüquq sistemi ilı bağlı tənqidi çıxışlarından sonra baş verib.

Müzəffər Baxışov sadəcə məhkəmə sistemində olan qanunsuzluqlara ciddi məhkəmə araşdırmaları aparmadan vətəndaşlar haqqında həbs qərarı çıxarılması prakrikasına etiraz edib. Beynəlxalq hüququn normaları və standartları vəkillərə peşə fəaliyyəti ilə bağlı olan məsələlər haqqında danışmaq hüquq verir. Vəkillərin qanunun aliliyi və məhkəmələrin fəaliyyəti ilə bağlı tənqidi fikirlərini deməyə heç bir problem yaradılmamalıdır.

Azərbaycan, ifadə azadlığını müdafiə edən beynəlxalq konvensiyalara qoşulsa da, Muzəffər Baxışov nümunəsi göstərir ki, Azərbaycan hakimiyyəti bu konvensiyalardan irəli gələn öhdəliklərini yerinə yetirmir.

BMT-nin əsas prinsiplərindən biri vəkillərin ictimai müzakirələrdə, xüsusilə də insan hüquqları və azadlıqları ilə bağlı sərbəst şəkildə fikirlərini ifadə etməyə şərait yaratmağı tələb edir”.

Qeyd edək ki, sabah saat 15.45-də Nərimanov rayon Məhkəməsində Müzaffər Baxışın Vəkillər Kollegiyasına qarşı şikayətinə baxılacaq. Məhkəmədə jurnalistlərin və digər fəalların iştirakı arzuolunandır.