“Avesta” konserninin rəhbəri, iş adamı Hacı İbrahim Nehrəmli “Xəzər adaları” layihəsinin tikintisi üçün aldığı texnikaları satışa çıxarıb. AzNews.az-a daxil olan məlumata görə, layihədə istifadə olunan ağır texniki vasitələrin artıq bir hissəsi satılıb. Hacı İbrahimin maliyyə böhranından sonra çətinliklə üzləşdiyi, məhz bu səbəbdən belə addım atdığı bildirilir. Qeyd olunur ki, “Xəzər adaları”nda işlər səngidiyindən və iş adamına təcilli nağd pul lazım olduğundan texnikaları ucuz qiymətə satmağa məcbur olub. Xatırladaq ki, “Beynəlxalq Bank işi”ndə adı hallanan iş adamı ötən il saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmışdı. Nehrəmli “Beynəlxalq Bank”dan 78 milyon manat məbləğində kredit götürdüyünü, kredit borcunu gecikdirdiyi üçün “Bandotdel”ə aparıldığını açıqlamışdı. Onu da bildirək ki, 2,5 milyardlıq sərvətə malik Hacı İbrahim Nehrəmli Xəzər dənizində “Xəzər adaları” adlı ada-şəhərin inşasına başlamışdı. Layihənin ümumi dəyəri 100 milyard dollar idi.
Related Posts
ABŞ səfirindən prezidentlərin iyun görüşü haqda ANONS: “Qarabağ problemi həll olunacaq”
- admin
- 18/05/2016
- 0
“ATƏT-in Minsk qrupunun həmsədrləri, ABŞ hökuməti ümid edir ki, Azərbaycan və Ermənistan prezidentlərinin ehtimal olunan […]
Yanvar-may aylarında 6200-dən çox boşanma qeydə alınıb.
- admin
- 10/07/2017
- 0
Əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,7, boşanmaların sayı isə 1,5 olub Azərbaycanda cari ilin […]
Taleh Bağırzadə ona verilən işgəncələrdən danışıb
- admin
- 06/02/2016
- 0
İlahiyyatçının məhkəməsi keçirilib “Müsəlman Birliyi” hərəkatının rəhbəri Taleh Bağırzadə dünən məhkəmədə ötən il noyabrın 26-da […]