Rusiyanın silah istehsal edən “Kalaşnikov” sirkəti moda dünyasına daxil olur

Dünyanın ən tanınmış silah istehsalçılarından biri olan Rusiyanın məşhur “Kalaşnikov” şirkəti moda dünyasına daxil olur. “İzvestiya” qəzeti yazır ki, şirkət dünyadakı şöhrətindən yararlanıb, bir çox sahədə istehlakçılara yeni, fərqli məhsullar təqdim etmək istəyir.imagesyuiopö

Baki-xeber.com xəbər verir ki, “Kalaşnikov” şirkətinin rəsmilərindən Vladimir Dmitriyev, şirkətin “Caterpillar” və “Ferrari” kimi, bazara “Kalaşnikov” markası altında geyim və aksesuar məhsulları çıxaracağını açıqlayıb.

Şirkət rəhbərləri silah pərəstişkarları arasında “Kalaşnikov” markalı paltarların və bəzi başqa aksesuar məhsullarının çox satılacağından şübhə etmədiklərini bildirirlər.

V.Dmitriyev şirkətin belə bir yol seçməsində Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların təsirli olduğunu da qeyd edib. Çünki məhsullarının 70 faizini Qərb bazarlarında satan “Kalaşnikov” sanksiyalardan sonra ciddi maliyyə çətinliyi ilə üzləşib.

Rəsmilər şirkətin moda sektorunda öz markası ilə bazara çıxaracağı məhsulları sentyabr ayında reallaşacaq Rusiya-2016 silah sərgisində ictimaiyyətə təqdim ediləcəyini deyir.

Şirkət ilin sonuna qədər Rusiyada 60 mağaza açmağı planlaşdırır.

“Kalaşnikov” moda və geyim dünyasına girən ilk Rusiya silah şirkəti deyil. Zirehli maşınlar istehsal edən UVZ (Uralvagonzavod) şirkəti də bir müddət əvvəl öz markasını daşıyan geyim, papaq və eynəkləri bazara çıxarmışdı.

Başqa bir hərbi şirkət olan və Rusiya Ordusu üçün forma tikən “Vojentorq” şirkəti də “Armija Rossii” (Rusiya Ordusu) adı ilə mağazalar açıb.

Mağazalarda silah və döyüş görüntülərilə bəzənmiş köynək və kamuflyaj geyimləri satılır. Qırmızı ulduzu loqo kimi istifadə edən şirkət Moskvadakı yeni mağazasını Avropada Nasist Almaniyasının məğlub olduğu 9 mayda açacaq.