Rusiya Dövlət Başçısı Vladimir Putin Rusiyaya idxal edilməsi qadağan olan Avropadan gələn məhsulların sərhəddə məhv edilməsini təsdiqlədi.
Rusiya Dövlət Başçısı Vladimir Putin, Avropa ölkələrinin məhsullarının Rusiya sərhədində məhv edilməsini nəzərdə tutan qərarı imzaladı.
Kremlin Mətbuat Bürosundan edilən rəsmi açıqlamada, sənədin Putin tərəfindən imzalandığı təsdiqləndi. Qərar fərdlərin öz ehtiyacları üçün aldıqları məhsullarla əlaqədar deyil ticarət məhsulları ilə əlaqədardır. Avropadan gələn məhsulların Rusiyaya daxil olmaması üçün bütün vasitələr axtarılacaq.
“Sputnik International”-ın xəbərinə görə Rusiya Kənd Təsərrüfatı Nazirliyi məhsullara əl qoyulması ilə əlaqədar proseduru yayımladı. 2014-ci ildə nəşr olunmuş Rusiyaya idxal edilməsi qadağan məhsulların arasında ət, ev heyvanları, balıq, dəniz məhsulları, süd məhsulları meyvə və tərəvəz var.
Putin 24 İyulda Moskva yaxınlığındakı Novo-Ogartovo rezidensiyasında təşkil etdiyi hökumət konfransında Kənd Təsərrüfatı naziri Aleksandr Tkaçyovun “Sanksiya siyahısında olan ölkələrdən gətirilən qida məhsullarını sərhəd qapılarımızda məhv edək” təklifinə dəstək vermişdi.
Mətləb BALAKİŞİYEV