Axar.az xəbər verir ki, bu barədə ABŞ-da yayımlanan “38 Nors” saytı məlumat yayıb.
Sayt peykdən alınan görüntülərə istinad edərək sürətli hazırlıq işləri getdiyini yazıb. Bomba yerin altında sınaqdan keçiriləcək.
Xəbərdə qeyd olunur ki, sınaq “Punggye-ri” nüvə təsisindən təxminən 6 kilometr uzaqlıqda baş tutacaq. Sınağın dəqiq tarixi deyilməsə də, yaxın günlərdə keçiriləcəyi təxmin edilir.
Xatırladaq ki, Cənubi Koreyanın Prezidenti Pak Kın He Şimali Koreyanın istədiyi an nüvə sınağı keçirəcəyini açıqlamışdı.