İran parlamentinin Azərbaycanlı deputatı yol qəzasında həlak olub.

Azərbaycanlı deputat yol qəzasında öldü İran parlamentinin Şərqi Azərbaycandan olan nümayəndəsi yol qəzasında 432254həlak olub. Gundelik-baku.com APA-ya istinadən bildirir ki, İranın Şərqi Azərbaycan əyalətinin Marağa şəhərindən seçilən parlament üzvü Məhəmmədəli Hüseynzadə bu gün səhər Zəncan-Qəzvin magistral yolunda qəzaya düşüb. Hadisə zamanı onun avtomobildə olan övladları və həyat yoldaşı xəsarət alıblar. Hadisəyə sürücünün yuxulu olması, yol kənarındakı təpələrə çırpılan avtomobili aşırması olub. Məhəmmədəli Hüseynzadə 10-cu dövr İran İslam Şura Məclisinə 50 min 980 səs toplamaqla seçilib. M. Hüseynzadə parlamentə yeni seçilmiş nümayəndələrin prezident Həsən Ruhani ilə görüşündə iştirak etmək üçün Tehrana səfər edirmiş.