Əsir və girovlarımızın sayı açıqlandı – Dəhşətli statistika Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı 6 mindən çox Azərbaycan vətəndaşının itkin düşdüyü, əsir və girov götürüldüyü müəyyən olunub Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupu rəhbərinin müavini Eldar Səmədov Prezident yanında Dövlət İdarəçilik Akademiyasında keçirilən “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq humanitar hüquq müstəvisində” adlı konfransda çıxışı zamanı deyib. E.Səmədov bildirib ki, 1435 nəfər Azərbaycan vətəndaşını əsir və girovluqdan azad etmək mümkün olsa da, hazırda Dövlət Komissiyasında 3801 nəfər itkin düşmüş şəxs kimi qeydiyyatdadır. Bunlardan 61 nəfəri itkin düşərkən uşaq olub. E.Səmədov əlavə edib ki, Ermənistan tərəfindən əsir və girov götürülən Azərbaycan vətəndaşları alver predmetinə çevrilib:“69 nəfər Azərbaycan vətəndaşı böyük miqdarda pul ödənilməklə əsir və girovluqdan azad edilib. Eyni zamanda, 107 nəfər əsirlikdə olarkən məxfi əməkdaşlığa cəlb olunub”.
Related Posts
Moskvanın mərkəzində anti-Azərbaycan tədbiri keciriləcək.
- admin
- 01/05/2016
- 0
Mayın 7-də Moskvada yerləşən “Tapan” muzeyində “Sənin üçün mənim Artsaxım” adlı rəsm satış-sərgisi keçiriləcək. Bu […]
Tanınmış vəkil qohumlarını ondan imtina etməyə çağırdı
- admin
- 12/09/2016
- 0
Tanınmış vəkil Bəhruz Bayramovun yüksək vəzifə tutan qohumlarına qarşı təqyiqlər edilir Bu barədə məlumatı […]