Türkiyədə azərbaycanlı kişi həyat yoldaşını iki uşağının gözü önündə bıçaqlayaraq öldürüb.
Gecə saat 04:00 radələrində İstanbulun Üsküdar məhəlləsində yaşayan Bayram Məmmədov və Əsmər Quliyevanın ailəsində yaşanan söz-söhbət qətl hadisəsi ilə nəticələnib.
Ata həyat yoldaşını 8 və 10 yaşlı uşaqlarının gözü önündə qətlə yetirib. Müxtəlif bədən xəsarətləri alan Quliyeva hadisə yerində dünyasını dəyişib. Evdəki dava-dalaş haqqında polisə qonşuların xəbər verməsindən sonra kişi polis tərəfindən saxlanılıb.
Şübhəli Üsküdar Asayiş Şöbə İdarəsinə aparılıb, uşaqlar isə psixoloji yardım göstəriləməsi üçün xəstəxanaya yerləşdiriliblər.
Polis cinayətlə bağlı araşdırma aparır.(Milli.Az)