Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğlu partiyanın İdarə Heyətinin toplantısında Baş nazir Əhməd Davudoğlu istefasına münasibət bildirib.
Xəbərnamə.info Türkiyə KİV-inə istinadən xəbər verir ki, Kılıcdaroğlu: “Hörmətli Əhməd Davudoğluna haqqımı halal edirəm” – deyib.
O, qeyd edib ki, Davudoğlu milli iradə ilə iqtidara gəlsədə bir nəfərin istəyi ilə gedir.
Qeyd edək ki, baş nazir səlahiyyətlərini müvəqqəti icra edən Əhməd Davudoğlu mayın 5-də keçirdiyi mətbuat konfransında hamıdan haqqını halal etməsini istəyib.