“YAP-ın Azərbaycan tarixinə qara hərflərlə düşəcəyini yəqin bildiyimdən, sıralarına qoşulmağı məqbul saymıram”

Keçmiş müstəntiq Rüfət Səfərov ona qarşı açılmış cinayət işinin istintaq müddətinin daha 3 ay uzadılmasına münasibət bildirib. R.Səfərov Azadlıq qəzetinə göndərdiyi müraciətdə bildirir:hkjlı

Barəmdə seçilən ev dustaqlığı qətimkan tədbiri Binəqədi rayon məhkəməsinin qərarı ilə 09.08.2016-cı il tarixədək uzadıldı. Qərardan bu və ya digər formada şikayət edib, vaxtımı hədər etməyəcəm. Eyni zamanda, bununla əlaqədar qüvvədə olan qanunvericiliyin tələblərini xatırlatmağa da ehtiyac görmürəm, çünki əminəm ki, Azərbaycanda qanunlar deyil, qanunüstü sayılan ayrı-ayrı rəsmilərin iradəsi işləkdir. Odur ki, problemin faktiki tərəflərini qeyd etməyi zəruri bilirəm. Beləliklə, ayrı-ayrı kanallar vasitəsi ilə nəzərimə çatdırılır ki, əgər üzr istəyib, indiyədək ifadə etdiklərimin böhtan olduğunu bəyan etsəm, YAP-in sıralarına qoşulub “ağıllansam”, bir an öncə işə xitam veriləcək. Təklifi anlayışla qarşılamaqla bərabər, aşağıdakı 3 qeydi ifadə edirəm:

1. YAP-ın Azərbaycan tarixinə qara hərflərlə düşəcəyini yəqin bildiyimdən, sıralarına qoşulmağı məqbul saymıram;

2. İndiyədək dürüst sanıb dediklərimizi bundan sonra da söyləyəcəyik;

3. Haqq yolundan bir addım belə geri çəkilməyi düşünmürük.