Qubad İbadoğlunun şəxsi bank hesabına qoyulan həbs götürülüb.

İqtisadçı-alim, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlunun şəxsi bank hesabına qoyulan həbs götürülüb.AVGRFHTYJ

Bu barədə Vizual.az-a iqtisadçı özü məlumat verib. Q.İbadoğlu qeyd edib ki, 2014-cü il 27 iyundan sonra dondurulan bank hesabına bu gün bankdan pul köçürüb: 2014-cü ilin 27 iyunundan bank tərəfindən qanunsuz olaraq bağlanan, 28 iyunundan isə Səbail məhkəməsi tərəfindən həbs qoyulan şəxsi hesabım üzərində 1 il 10 ay 7 gündən sonra ilk əməliyyatı apara bildim. Bu gün bankda olub, viza ərizəsi üçün tələb olunan rüsumu hesaba köçürə bildim”.