“Ölkəmizə, millətimizə, bizi biz edən dəyərlərimizə xəyanət etməyəcəyik, edənlərə də icazə verməyəcəyik”

AKP-nin sədri, baş nazir Əhməd Davudoğlu partiya daxilində səlahiyyətləri əlindən alındıqdan sonra keçirdiyi toplantıda istefa anonsunu verib.ghjlkı
Xəbərnamə.info-ın Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, yarım saatlıq çıxışında lazım gələrsə bütün vəzifələrindən imtina edəcəyini, lakin heç bir dostunun qəlbini qırmyacağını bildirib:
“Ölkəmizə, millətimizə, bizi biz edən dəyərlərimizə xəyanət etməyəcəyik, edənlərə də icazə verməyəcəyik. Silopidə əyilib qulağıma “Bizi yalnız buraxmayın” deyən yaşlı əmi də, Berqamada yağışın altında saatlarca gözlədikdən sonra əllərini səmaya açıb dua edən yaşlı xala da, ümidini AKP-yə bağlayan milyonlarla insan narahat olmasın. Bütün nəfsimi ayaqlar altında tapdalayaram, hər vəzifəmdən istefa edərəm, amma heç vaxt bir dostumun qəlbini qırmaram. Dünya məzlumlarının tək ümid yeri olan bu AK hərəkatın zərər görməsinə, bu AK ürəkli üzvlərin üzülməsinə icazə vermərəm”, – deyə Davudoğlu vurğulayıb.