Türkiyəli polkovnikin oğlunu Bakıda kimlər öldürüb?

Türkiyə xüsusi təyinatlı qüvvələrinin polkovniki Mustafa Dönməzin 21 yaşlı oğlunun 4 il əvvəl Bakıda avtomomobillə vurularaq öldürülməsi ilə bağlı sensasion məlumat yayılıb.

“Ergenekon” işi üzrə 5 il 2 ay həbsdə saxlanılan polkovnik Mustafa Dönməz oğlunun ölümündə Fətullah Gülənin şəbəkəsini günahlandırıb. Bu haqda “Sabah” qəzeti yazır.turk-polkovnik-oglu

Dönməz deyib ki, oğlu Türkiyənin Boğaziçi Universitetində oxuyurdu və staj keçmək üçün Bakıya getmişdi. “Oğlum ölmədən bir həftə əvvəl təhdid edilmişdi. Polislər ona xəbərdarlıq etmişdilər ki, səni atandan betər edərik.“Sonun atan kimi olar, bu iş 5 qram heroinlə bitər. İçəridə süründürərik”deyə təhdid ediblər”-Mustafa Dönməz bildirib.