Kiprin adı artıq ‘Birləşmiş Kipr Federasiyası’ olacaq

img1360798ŞKTC prezidenti Mustafa Akıncı, jurnalistlərə may ayından bu yana davam edən müzakirələrdə gəlinən nöqtəni açıqladı. Bir çox irəliləyiş əldə olunan müzakirələrdə Rumlar və Türklərin quracağı yeni dövlətə ‘Birləşmiş Kipr Federasiyası’ adı verilməsi planlaşdırılır.

Kiprdə Türk və Rum liderlər arasında davam edən müzakirələrdə yeni qurulacaq dövlətin xüsusiyyətləri ortaya çıxmağa başladı. ŞKTC prezidenti Mustafa Akıncı, yeni dövlət üçün ‘Birləşmiş Kipr Federasiyası’ adının planlarında olduğunu ifadə edərək, may ayından bu yana davam edən müzakirələrdə garantörlük bütün mövzuları ələ aldıqlarını açıqladı.
Kipr mətbuatının xəbərinə görə Akıncı, 20 İyul Barış və Azadlıq Bayramı fəaliyyətləri üçün ŞKTC-nə gələn jurnalistləri məlumatlandırmağa istiqamətli yığıncaqda etdiyi çıxışda, Kiprli türklərin, Annan planına bəli deməsinə baxmayaraq Kiprli yunanların rəddinə görə Avropa Birliyinə üzv olmadığını və gələcəklərinin, başqaları tərəfindən verilən qərarla təyin olunduğunu vurğuladı.

 

BİRLƏŞMİŞ KİPR FEDERASİYASI

Razılıqdan sonra ölkənin adının nə olacağı sualı qarşılığında Akıncı, Birləşmiş Kipr Federasiyası adının gündəmdə olduğunu ancaq addan çox məzmununun əhəmiyyətli olduğunu söylədi.

Prezident Akıncı, həll olmadığı təqdirdə gənc nəslin adanın yenidən birləşməsi modelini unudub, ayrı iki dövlətə yönələcəyini düşündüyünü dilə gətirdi.

Mətləb BALAKİŞİYEV