Pərviz Həşimli keçmiş MTN şefi Eldar Mahmudov və işçilərinin ona qarşı törətdikləri əməlləri araşdırmağa davam edəcəyini bildirib.

Bu yaxınlarda həbsdən çıxan jurnalist, vicdan məhbusu Pərviz Həşimli keçmiş MTN şefi Eldar Mahmudov və işçilərinin ona qarşı törətdikləri əməlləri araşdırmağa davam edəcəyini bildirib. O, moderator.az saytına загружено (85)açıqlamasında deyib ki, onun evinə silah qoymuş keçmiş MTN zabitinin eyni işi başqalarına qarşı da tətbiq etdiyinin üstünü açıb. Həşimli onun evinə silahı keçmiş MTN-də şobə rəisi olmuş Çingiz Hacıyevin qoyduğunu iddia edib. Onun dediyinə görə, əldə etdiyi yeni məlumatlarda həmin şəxsin keçmiş MTN xətti ilə şərlənib həbs olunan hamının evinə narkotik, silah qoyduğu göstərilir. Onun qurbanlarından biri də sabiq iqtisadi əlaqələr naziri Nicat Quliyevdir.
Mədət Quliyevin MTN rəhbərliyinə gətirilməsindən sonra həmin şəxs qanunsuz əmməllərinə görə orqandan uzaqlaşdırılıb.

Moderator.az Çingiz Hacıyevlə əlaqə yarada bildib. Keçmiş MTN zabiti ona ünvanlanan sualı aqressiya ilə cavablandırıb: “Nömrəmi haradan almısınız? Kimsən ki, mənə işim barəsində sual verirsən”  deyən Çingiz Hacıyev telefonun dəstəyini asıb.
Pərviz Həşimli isə bəraət almaq üçün araşdırmalarını davam etdirəcəyini deyib: “Çox ciddi məlumatlara malikəm. Çingiz Hacıyevin, Elşən Murtuzovun qanunsuz əməlləri barədə sensasion məlumatlarım var. Bu adamlar Eldar Mahmudovun çətiri altına girib, tək mənə deyil, çox adamlara qarşı cinayət törədiblər. Onların cinayət məsuliyyətinə cəlb olunması üçün bütün hüquqi vasitələrdən yararlanacam”.