Ofisindən içərisində pul olan seyf oğurlanıb

Zaqatalada “Azərpoçt” MMC-nin filialı qarət olunub.öpoiuy

Rayonun Muğanlı kənd sakinlərinin verdiyi məlumata görə, aprelin 27-də gecə saatlarında “Azərpoçt” MMC-nin kənd ərazisində fəaliyyət göstərən filialı naməlum şəxslər tərəfindən yarılıb.

Zaqatala rayon Polis Şöbəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, hələlik kimliyi müəyyənləşdirilməmiş şəxs və yaxud şəxslər filialdan içərisində 480 manat və sənədlər olan seyfi oğurlayıblar.

Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.