Nadejda Savçenkonun ölkəsinə ekstradasiya edilməsi ilə bağlı prosesə başlanılıb.

Rusiyada 22 il həbs cəzasına məhkim edilən ukraynalı hərbçi Nadejda Savçenkonun ölkəsinə ekstradasiya edilməsi ilə bağlı prosesə başlanılıb.poiluytr
 Bu barədə N. Savçenkonun vəkili Mark Feyqin  məlumat verib.
Vəkil N. Savçenkodan cəzasını Ukraynada çəkməsi ilə bağlı razılıq ərizəsini aldığını bildirib.
Onun sözlərinə görə, N. Savçenkonun ekstradasiya prosesi bir aydan iki ayadək çəkə bilər.
Vəkil onu da  əlavə edib ki, hələlik Nadejda Savçenko ilə görüşməyib və onların görüşü aprelin 29-da reallaşacaq: “O zaman biz onun ekstradasiya prosesi ilə bağlı detalları müzakirə edəcəyik”.