ABŞ Türkiyənin Suriya ilə sərhəd bölgəsində raket sistemləri yerləşdirəcək.
Bunu yerli mətbuata Türkiyənin xarici işlər naziri Mevlut Cavusoglu deyib.
O aprelin 26-da “Habertürk” qəzetinə müsahibəsində bunun mayda baş verəcəyini deyib.
Cavusoglu bildirib ki, məqsəd “İslam dövləti” qrupunun nəzarətində olan ərazilərdən mümkün raket hücumlarının qarşısını almaqdır.
O deyib ki, bu sistemlər ölkənin cənub-şərqində yerləşdiriləcək və məqsəd Suriyanın Manbij şəhəri ilə sərhəd bölgəsini möhkəmləndirməkdir.
Qeyd edək ki, bu bölgə dəfələrlə Suriya ərazisindən raket atəşinə tutulub.