İran xarici işlər naziri, edilən nüvə razılaşma ilə əlaqədar sualları cavabladı.
İran xarici işlər naziri Cavad Zərif, məclisdə keçən həftə 5 + 1 ölkələri ilə əldə edilən nüvə razılaşması ilə əlaqədar sualları cavabladı.
Zərif, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının İrana tətbiq etdiyi və müqavilə ilə sona çatan sanksiyaların bir daha geri dönməsinin qeyri-mümkün olduğunu, İranın öhdəliklərini yerinə yetirmədiyi təqdirdə təxirə alınan sanksiyaların geri dönməsi kimi bir vəziyyətin olmadığını söylədi.
Zərif, son nüvə razılaşmasının İranın ballistik raket istifadəsinin önünə keçmədiyini də vurğuladı. ABŞ xarici işlər naziri John Kerry isə İranın dini lideri Ayətullah Əli Xomeyninin ABŞ-ı ‘həyasız’ olaraq adlandırmasından narahat olduğunu söylədi.
Xomeyni, ABŞ-ın Yaxın Şərq siyasətinin özlərinə tam zidd olduğunu söyləmiş və danışığı xalq tərəfindən “Amerikaya ölüm” şüarlarıyla qarşılanmışdı. Kerry, “Bunlar İranın siyasətini əks etdirirsə, çətinliklər ola bilər” dedi.
Mətləb BALAKİŞİYEV